UNEC-in 2 saylı tədris korpusu müxtəlif vaxtlarda inşa edilmiş 2 tədris binasından və idman zalından ibarət olmaqla Nərimanov rayonu Həsən Əliyev küçəsi 135 ünvanında yerləşir.
Binalardan biri 5 mərtəbə olmaqla 9759,5 kv.m., ikincisi 7 mərtəbə olmaqla 4153,6 kv.m., idman zalı isə 1 mərtəbə olmaqla 778,3 kv.m. təşkil edir.
Qiyabi və Əlavə Təhsil Mərkəzi
İqtisadiyyat və İdarəetmə
Biznes və menecment
Biznes və Logistika
İqtisadiyyat
Təcrübənin təşkili şöbəsi
Tədris Binasında inzibati və pedaqoji struktur bölmələr üzrə otaqlar 5215,15 kv.m, auditoriyalar 5250,35 kv.m., laboratoriyalar 127,5 kv.m., kitabxana otağı 376,68 kv.m., yeməkxana 533,88 kv.m, idman zalları 995,52 kv.m., arxiv üçün otaqlar 456,51, akt zalı 493,46 kv.m. və tibb məntəqəsi 137,65 kv.m. təşkil edir.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva universitetin 2 saylı tədris binasının aşılışında iştirak edib.
İkinci tədris korpusunda bakalavr təhsili üzrə bir neçə fakültə yerləşir: İqtisadiyyat, Rus iqtisad Məktəbi, Türk İşlətmə Fakültəsi, Qiyabi və Əlavə Təhsil Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi.