Əsas Tədris Binası

UNEC-in 1 saylı tədris binası 3 ayrı tikilidən ibarət olmaqla Səbail rayonu İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşir. 

Əsas Tədris Binası Bakının tarixi memarlıq tikililərindən sayılır. Bina 1901-1904-cü illərdə Bakı milyonçusu Musa Nağıyev tərəfindən memar D.D.Buyanovun layihəsilə tikilib. İtaliya inzibati stilində olan monumental binanın tikilməsində simmetrik plandan tamamilə imtina edilib. Ərazinin relyefinə və keçmiş Nikolayev küçəsinin (indiki İstiqlaliyyət küçəsi) quruluşuna uyğun tikilən bina Bakının memarlıq ansamblının nadir inciləırindən sayılır. 

Fakültələr

  • UNEC Biznes Məktəbi

  • Beynəlxalq İqtisadiyyat Məktəbi

  • Sabah Mərkəzi

  • Maliiyə və Mühasibat

Kafedralar

  • Beynəlxalq iqtisadiyyat və biznes

  • Maliyyə və audit

  • Biznesin idarə edilməsi

Departamentlər

  • UNEC Rəqəmsal Texnologiyalalar

  • Elmi fəaliyyətin təşkili və idarə edilməsi

  • Beynəlxalq Əməkdaşlıq

  • Maliyyə və Təminat

  • Xarici Dillər

Mərkəzlər

  • UNEC Kitabxana İnformasiya Mərkəzi

  • Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi

  • Tələbə işləri mərkəzi

  • UNEC Biznes Mərkəzi

  • UNEC İmtahan Mərkəzi

  • Yaradıcılıq Mərkəzi

  • UNEC Psixoloji Xidmət Mərkəzi

Bina ilk olaraq Bakı Realını Məktəbi üçün inşa edilib. Klassik üslubda tikilmiş binada müxtəlif illərdə bir neçə dəfə təmir-bərpa işləri aparılıb. Tədris və inzibati heyətin yerləşdiyi 4 mərtəbəli binadan, 3 nömrəli tələbə poliklinikasından, UNEC Extern mərkəzinin 2 mərtəbəli yerləşdiyi binadan və   7/24 elektron kitabxananın yerləşdiyi 3 mərtəbəli binadan ibarətdir.

 

5 departament
3 kafedra
4 departament
8 mərkəz
11 şöbə
7/24 kitabxana

Universitetin 1 saylı tədris binası 3 ayrı tikilidən ibarət olmaqla Səbail rayonu İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşir. Tədris və inzibati heyətin yerləşdiyi bina 3 mərtəbə, zirzəmi və mansard olmaqla 14599,6 kv.m., 3 nömrəli tələbə poliklinikasının və UNEC Extern mərkəzinin yerləşdiyi bina 2 mərtəbə və mansard olmaqla 565,1 6 kv.m., 7/24 elektron kitabxananın yerləşdiyi bina isə 3 mərtəbə 

olmaqla 284,4 6 kv.m. faydalı sahədən ibarətdir. Tədris Binasında inzibati və pedaqoji struktur bölmələr üzrə otaqlar 3832 6 kv.m., auditoriyalar 3853 6 kv.m., laboratoriyalar 190 6 kv.m., kitabxana otaqları 598 6 kv.m., yeməkxana 880 6 kv.m., akt zalları 736 6 kv.m. və poliklinika 178,1 6 kv.m., nəşriyyat 187 6 kv.m. təşkil edir.

Bize ulaşın

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 6

Telefon

+994 12 492 59 03

E-posta

unec@unec.edu.az

Diğer Şubeler