Azərbaycan Dövlət İqtisad Unversitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 senyabr 2009-cu il tarixli 137
nömrəli qərarı ilə yaradılmışdır. İnstitutun yaradılmasının əsas məqsədi – aparıcı milli iqtisadçı alimlərin cəmləşdiyi
Azərbaycan Dövlət İqtisad Universitetinin elmi kadr potensialının, milli iqisadiyyatımızın aktual problemləri, o cümlədən davamlı, dayanıqlı və tarazlı inkişaf problemləri, həmçinin makroiqtisadi tənzimləmə, sosial və regional inkişafın sürətləndirilməsi və s. məsələləri öyrənməkdir.
İAETİ-nin məqsədilərinə aiddir: iqtisadiyyat sahəsində elmi araşdırmalar aparmaq; dövlət və özəl sektor üçün analitik
hesabatlar hazırlamaq; akademik və praktik səviyyədə elmi
biliklərin inteqrasiyasını təmin etmək.
İnstitutun əsas fəaliyyət istiqamətlərinə aiddir: milli iqtisadiyyatın inkişafı üzrə strateji araşdırmalar; makro və mikroiqtisadi tədqiqatlar; sektorlar üzrə iqtisadi təhlillər; tədqiqat layihələri və qrantlar; gənc tədqiqatçıların hazırlanması və s.