1969-cu ildə əsası qoyulmuş Tədris, İdman və İstirahət Mərkəzi Quba rayonunun II Nügədi kəndində yerləşir.
Quba rayonunun İkinci Nügədi kəndində 6 hektardan artıq ərazidə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris, İdman və İstirahət Mərkəzi inşa edilmişdir. Mərkəz universitetin 20 minlik kollektivinin istirahətinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur.
Mərkəzdə tələbələrin yay və qış məktəblərinin, müxtəlif idman yarışlarının və yay düşərgələrinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada tikilən 78 otaqdan ibarət üçmərtəbəli otel binasında, eyni zamanda, 150 nəfərin yerləşməsinə imkan vardır.
nəfərlik yeməkxana
yerlik yay məktəbi
istirahət edənlərin sayı
otaqların sayı
nəfərlik akt zalı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyrv və ölkənin birinci xanımı Mehriban Əliyeva 18 sentyabr 2013-cü ild Universitetin Quba rayonu II Nügədi kəndində "İdman-sağlamlıq və istirahət mərkəzi"ni açıb.
Mərkəzdə həm müəllimlərin, həm də tələbələrin istirahətinin təşkili məqsədi ilə bütün meyarlar nəzərə alınmışdır.
Mərkəzin 350 tələbə yeri olan və müasir infrastrukturu ilə diqqət çəkən yay məktəbi də yüksək səviyyədə qurulmuşdur. Buradakı auditoriyaların hamısı zəruri avadanlıqla təchiz olunmuşdur. Eyni şərait 100 nəfərlik müasir yeməkxanada da mövcuddur. Müxtəlif tədbirlərin keçirilməsi üçün 205 nəfərlik akt zalında da bütün
imkanlar vardır.