Rəqəmsal UNEC

Page Image

Bir Pəncərə sistemi

 

UNEC-də 2019-cu ildən “Bir Pəncərə” xidməti fəaliyyətə başlayıb. Layihənin məqsədi tələbələrin vahid mərkəzə müraciət edərək,
tələb olunan təhsil sənədlərini əldə edə bilməsidir. Bu 
sistemi vasitəsilə tələbə, ona lazım olan təhsil arayışının
hazırlanması üçün şəxsi kabinetindən 7/24 xidmətə
müraciət edə bilir.

 

 

Bir pəncərə xidməti tələbələrə akademik transkript, təhsil almaq, təhsil haqqı, hərbi xidmətlə bağlı arayış, məzun arayışı, eləcə də qiyabi təhsil alanlar üçün arayış və təhsil sənədlərinin (attestat, diplom) təsdiqlənmiş surəti verilir. Hazırlanmış sənəd imza və möhürlə təsdiq olunaraq, QR kodla PDF formatında tələbənin şəxsi kabinetinə göndərilir.

Teacher Cabinet

This is the text for the teacher cabinet section.

Student Cabinet

This is the text for the student cabinet section.

EDUMAN sistemi

 

UNEC Elektron Universitet Modeli (EDUMAN) kredit sisteminin 
effektiv şəkildə tətbiq edilməsi üçün qurulmuş elektron
platformadır. 

Tələbə EDUMAN sisteminə daxil olmaq üçün istifadəçi adı
və şifrəsini fakültə tyutorlarından əldə edə bilər.

Bu platforma vasitəsi ilə UNEC tələbələri www.kabinet.unec.edu.az 

 

*
keçidinə daxil olmaqla aşağıdakı məlumatları əldə edə bilərlər:

  • dərs cədvəlləri;
  • tədris materialları (fənlərin sillabusları,
  • mühazirə mətnləri, təqdimatlar və imtahan sualları);
  • elektron jurnallar;
  • fərdi tədris planları;
  • kollokvium və imtahan cədvəlləri.

Elektron Sənəd Dövriyyəsi Sistemi

 

Elektron Sənəd Dövriyyəsi Sisteminin imkanları:

  • Yeni sənədləri yuxarı paneldən rahat yaratmaq imkanı;
  • Sistemin sonuncu “Google Brouser”-in versiyasının dəstəklənməsi;
  • Razılaşdırmada olan sənədlərin müəllif tərəfindən geri çağırmaq imkanı;

*

 

  • Yönləndirilmiş tapşırıqları geri çağırmaq və digər icraçıya yönləndirmək imkanı;
  • Dərkənar şablonların yaradılması imkanı;
  • Seçilmiş və yarlıqlara sənədlərin əlavə edilməsi (toplanılması);
  • Təlimatlar bölməsi;
  • Sistemin rəng çalarları və bəzi formaları.

Hibrid auditoriyalar 

 

UNEC-də tədris prosesində innovativ yanaşmalar tətbiq edərək hibrid auditoriyalar qurmuşdur. Bu auditoriyalar tələbələrə həm ənənəvi, həm də onlayn formada dərslərdə iştirak imkanı yaradır, beləliklə, təhsilin çevikliyini və əlçatanlığını artırır. 

 

 

Hibrid auditoriyalar tələbələrin fərdi təhsil trayektoriyalarını formalaşdırmağa və tədris prosesində interaktivliyi artırmağa xidmət edir. UNEC-də artıq 100 hibrid auditoriya fəaliyyət göstərir və bu sayın artırılması istiqamətində işlər davam etdirilir.