
Yeganə Ağakişiyeva Balazayır qızı
“İqtisadiyyat və idarəetmə” fakültəsinin operator-kargüzarı
+(994) 12 564-67-85
Həsən Əliyev küçəsi 135
iqt@unec.edu.az
20 mart 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1994-1999-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Mühasibat uçotu və audit” ixtisasının bakalavr pilləsini, 2002-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisasının magistr pilləsini bitirmişdir.
1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetin “ASK-nin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının laborant və baş laborant vəzifəsində, 2015-ci ildə “Marketinq” kafedrasında baş laborant, 2017-ci ildə isə “Beynəlxalq iqtisadiyyat” kafedrasında baş laborant vəzifəsində çalışmışdır.
2002-2015-ci illərdə saathesabı müəllimə kimi fəaliyyət göstərib.
2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetin “İqtisadiyyat və idarəetmə” fakültəsinin operator-kargüzar vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.