Enerji İqtisadiyyatı Mərkəzi

.Enerji İqtisadiyyatı Mərkəzi 21 dekabr 2018-ci il tarixində yaradılıb.

29 may 2019-cu il tarixindən mərkəzə ictimai əsaslarla rəhbərlik iqtisad elmləri doktoru, professor Elşən Hacızadəyə həvalə edilmişdir.


MƏQSƏDİMİZ:
Enerji sektorunun aktual problemlərinin həlli istiqamətində
araşdırmalar aparmaq, enerji resurslarından səmərəli istifadə əsasında innovativ texnologiyaların tətbiqi üzrə elmi işləmələr yerinə yetirmək, UNEC-in professor- müəllim heyətinin və tələbələrinin müvafiq istiqamətdəki fəaliyyətlərində dəstək olmaq, onun iqtisadiyyatın real sektoru, dövlət və ictimai institutlar ilə əlaqələrini inkişaf etdirmək, ekspert və konsaltinq xidmətlərini göstərmək, milli enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və enerji effektivliyinin artırılması üzrə layihələr, inkişaf ssenariləri hazırlamaq və təkliflər vermək.


VƏZİFƏLƏRİMİZ:

Enerji iqtisadiyyatı sahəsində fundamental və tətbiqi elmi işləmələr yerinə yetirmək, layihələr hazırlamaq və onların nəticələrini təşviq etmək, müvafiq istiqamətdə qarşıya çıxan problemlərin həlli üzrə təkliflər vermək, ekspert qiymətləndirmələri aparmaq və konsaltinq xidmətləri göstərmək; beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlim və treninqlər təşkil etmək; müxtəlif dillərdə jurnallar, kitablar, məqalələr, bülletenlər, hesabatlar, tədqiqat sənədləri hazırlamaq və nəşr etdirmək; ölkə daxilində və xaricində tədqiqat mərkəzləri, universitetlər, institutlarla, habelə özəl sektor təmsilçiləri ilə əlaqələr qurmaq, əməkdaşlıq etmək.

HƏDƏFİMİZ:

1. İqtisadiyyat və energetika sahəsində fundamental və tətbiqi elmi tədqiqatlar yerinə yetirmək, onların nəticələrini təşviq və tətbiq etmək;
2. Enerji effektivliyinin artırılması istiqamətində yeni innovativ texnologiyaların konsepsiyasının hazırlanması, habelə müvafiq sahədə ekspert qiymətləndirməsi və konsaltinq xidmətlərinin göstərilməsi üzrə əsas mərkəzlərdən birinə çevrilmək;
3. Enerji sektorunun normativ-hüquqi bazasının təkmilləşdirilməsində, onun institusional sisteminin genişləndirilməsində fəal iştirakçılar və təşəbbüsçülər sırasında mövqe tutmaq;
4. Həyata keçirilən sənayeləşmə və enerji siyasətinin səmərəli reallaşmasına, milli enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə keçidlə, enerji auditi, enerji effektivliyi xidmətlərinin göstərilməsi, enerji menecerlərinin hazırlanmasında və strateji yol xəritələrində müəyyən olunmuş müvafiq hədəflərə yetişmədə davamlı elmi dəstəyi təmin etmək;
5. UNEC-in inkişaf konsepsiyasının həyata keçirilməsində Mərkəzin töhfələrini artırmaq;
6. Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə fəal əməkdaşlıq qurmaq;
7. Beynəlxalq sferada universitetin elmi mərkəzləri sırasında öncül mövqelərə çıxmaq;
8. “ENECO” (Enerji iqtisadiyyatı) jurnalının yüksək bibliometrik göstəricilərdə sitatlılıq səviyyəsini əks etdirən kvartil reytinqini artırmaq və onun dünyanın ən nüfuzlu elmi nəşrlər kateqoriyasında yer almasına nail olmaq.

Mərkəzin üzvləri:

Bizimlə əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+(994) 12-492-57-31

E-mail

eimerkezi@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri