“Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri, i.e.n., dos.
UNEC-in Elmi Şurasının 16 sentyabr 2022-ci il tarixli iclasının qərarına əsasən “İqtisadiyyat” (rus dilində) kafedrasının adı dəyişdirilərək “Tətbiqi iqtisadiyyat” kafedrası adlandırılmışdır.
UNEC-in Qlobal Ali Təhsil sistemində beynəlxalq rəqabətliliyinin artırılması məqsədilə aparılmış köklü islahatların əsas istiqamətlərindən biri 2016-ci ildən etibarən Rus İqtisad Məktəbinin fəaliyyətə başlamasıdır. UNEC-in Elmi Şurasının 28.02.2017-ci il tarixli iclasının qərarı və Rektorun 04.04.2017-ci il tarixli əmrinə uyğun olaraq Rus İqtisad Məktəbinin nəzdində bakalavr pilləsi üzrə rus dilində mütəxəssis hazırlığının həyata keçirilməsini nəzərdə tutan “İqtisadiyyat” kafedrası yaradılmışdır.
Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının yaranmasında əsas məqsəd rusdilli tədris məkanına inteqrasiya olunması və bunun üstünlüklərindən faydalanmasıdır. Kafedranın missiyası – XXI əsrin qlobal innovasiya dəyişiklikləri və çağırışları şəraitində milli və beynəlxalq səviyyədə səmərəli praktiki tətbiqini həyata keçirə biləcək, peşəkar biliklərə, müasir bacarıqlara və zəruri səriştələrə malik olan yeni nəsil mütəxəssislərin yetişdirilməsidir.