AR Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı əsasında Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı yaradılmışdır.
2016-cı il sentyabrın 15-də UNEC-in Zaqatala filialının açılışı olub. Filialda 2016/2019-cu illərdə 1 fakültə, 1 kafedra və 2020/2023-cü illərdə Zaqatala İqtisadiyyat Məktəbi fəaliyyət göstərmişdir. 1 mart 2024-cü il tarixində 03/16 əmrə əsasən Zaqatala İqtisad Məktəbi ləğv edildi, UNEC Zaqatala filialının idarə edilməsində səmərəliliyin artırılması məqsədilə yeni ştat cədvəlinə uyğun olaraq struktur dəyişikliyi olmuşdur.
İqtisadiyyat və menecment
İqtisadiyyat və idarəetmə
Texniki və texnoloji
Əyani
Qiyabi
Struktur uyğun olaraq “İqtisadiyyat və menecment” departamenti, Katiblik, Maliyyə və təminat şöbəsi, Təsərrüfat şöbəsi yaradılmışdır. Filialda “İqtisadiyyat və idarəetmə”, ”Texniki və texnoloji” bölmələrdən ibarət “İqtisadiyyat və menecment” departamenti fəaliyyət göstərir.
Filial UNEC-in regional ali iqtisadi təhsil missiyasının icrasını təmin edir, bundan irəli gələn müsbət nəticələrdən region və dünya ali təhsil məkanında dayanıqlı rəqabət üstünlüklərinin formalaşması üçün şərait yaradır. Hazırda filiala i.f.d., dos. Raqif Qasımov rəhbərlik edir.