Rafiq  Verdiyev Şahniyar

Rafiq Verdiyev Şahniyar

"Humanitar fənlər" kafedrasının baş müəllimi

رابط Avesis
Bakı,Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
Verdiyev Rafiq Şahniyar oğlu  1958-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində ziyalı ailəsində anadan olub.
1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur.

1979-1984-cu ildə Vladimir İliç Lenin adına Azərbaycan  Dövlət  Pedaqoji İnstitutunun (indiki N.Tusi adına) riyaziyyat fakültəsin bitirib.  
1979-cu ildə Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Xidmətində yanğınsöndürən vəzifəsinə işə qəbul olunub.
1991-1992-ci illərdə Daxili İşlər Nazirliyinin 3№-li Hərbiləşdirilmiş Yanğından Mühafizə Dəstəsində şəxsi heyətlə iş üzrə müfəttiş,1993-cü ildə 39 №-li Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində şəxsi heyətlə iş üzrə rəis müavini, 1993-1995-ci illərdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Dövlət Yanğın Nəzarəti Şöbəsində mühəndis və baş mühəndis vəzifələrində xidmət edib.

1996-cı ildə Daxili İşlər Nazirliyinin Bakı Yanğın-Texniki Məktəbində (2005-ci ildə Bakı Yanğın-Texniki Məktəbi Fövqəladə Hallar Nazirliyinin tərkibinə verilib və adı dəyişdirilərək Yanğın Texniki Kolleci adlandırılmışdır.) baş müəllim-metodist, 1997-ci ildən 2012-ci ilə qədər isə tədris şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
2012-ci ildə Fövqəladə Hallar Nazirliyinin xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq təqaüdə çıxmışdır, ehtiyatda olan polkovnik- leytenantıdır.          
2013-cü ildən Azərbaycan Dövlət İqtisad Unversitetində saathesabı və 2014-cü ildən isə tam ştatla Mülki Müdafiə kafedrasında, Hazırda  Humanitar fənlər kafedrasında mülki müdafiə müəllimi, 7mart 2025- ci il tarixdən baş müəllim vəzifəsində çalışır.
9 elmi məqalənin, bir fənn proqramının müəlifidir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07 oktyabr 2004-cü il tarixli 2126 ş/h saylı əmri ilə “Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin ən yaxşı əməkdaşı”,  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 dekabr 2010-cu il tarixli  2920/ş №-li əmri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Xidmətə görə” döş nişanları ilə təltif olunmuşdur.
Ailəlidir, iki övladı var.