Fakültə iqtisadi nəzəriyyə, praktiki idarəetmə və analitik düşüncə sahəsində mütəxəssislərin hazırlanmasını həyata keçirən aparıcı fakültələrdən biridir. Fakültə ölkənin iqtisadi inkişaf strategiyalarına uyğun olaraq rəqabətqabiliyyətli iqtisadçı və menecerlərin yetişdirilməsini əsas məqsəd sayır.
UNEC-in Elmi Şurasının 29.02.2016-cı il tarixli qərarının icrasını təmin etmək məqsədilə Beynəlxalq iqtisadi münasibətlər, İqtisadiyyat və sənaye fakültələrinin bazasında 13.07.2016-cı il tarixli əmrinə əsasən İqtisadiyyat fakültəsi yaradılmışdır.  UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının qərarını təmin etmək məqsdilə İqtisadiyyat fakültəsinin adı 28.06.2022-ci il tarixdən dəyişdirilərək İqtisadiyyat və idarəetmə adlandırılmışdır. 
2025-ci ildə fakültəyə “İqtisadiyyat”, “Ekologiya”, “Sosial iş”, “Beynəlxalq münasibətlər”, “Statistika”, “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları üzrə 713 tələbə qəbul olub. 2025-ci ildə fakültədə ümumi keçid balları artıb. Fakültə üzrə ən yüksək nəticə “İqtisadiyyat” ixtisası üzrə 628.8 bal olub. Hazırda fakültədə 2731 tələbə təhsil alır.
Fakültə nəzdində olan kafedralar:
 “İqtisadiyyat”
“İctimai idarəetmə və sosial innovasiyalar”
“Riyaziyyat və statistika”
                                            Dekan, i.f.d., dos.
                                            Dekan müavini, i.f.d., b/m.
                                            Dekan müavini, i.e.n., dos.
                                            Dekan müavini, b/m.
                                            Katib, siy.f.d., dos.
                                            Qeydiyyat, uçot və sənədləşmə bölməsinin rəhbəri
                                            Tyutor xidməti bölməsinin rəhbəri
                                            Tyutor
                                            Tyutor
                                            Operator-kargüzar
                                            Tyutor
                                            Operator-kargüzar
                                            Tyutor
                                            Operator-kargüzar