İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, i.f.d., dos.
Fakültə iqtisadi nəzəriyyə, praktiki idarəetmə və analitik düşüncə sahəsində mütəxəssislərin hazırlanmasını həyata keçirən aparıcı fakültələrdən biridir. Fakültə ölkənin iqtisadi inkişaf strategiyalarına uyğun olaraq rəqabətqabiliyyətli iqtisadçı və menecerlərin yetişdirilməsini əsas məqsəd sayır.
UNEC-in Elmi Şurasının 29.02.2016-cı il tarixli qərarının icrasını təmin etmək məqsədilə Beynəlxalq iqtisadi münasibətlər, İqtisadiyyat və sənaye fakültələrinin bazasında 13.07.2016-cı il tarixli əmrinə əsasən İqtisadiyyat fakültəsi yaradılmışdır. UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının qərarını təmin etmək məqsdilə İqtisadiyyat fakültəsinin adı 28.06.2022-ci il tarixdən dəyişdirilərək İqtisadiyyat və idarəetmə adlandırılmışdır.
2024-cü ildə fakültəyə “İqtisadiyyat”, “Ekologiya”, “Sosial iş”, “Beynəlxalq münasibətlər”, “Statistika”, “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları üzrə 702 tələbə qəbul olub. 2023-cü illə müqayisədə 2024-cü ildə fakültəyə keçid balları artıb. Fakültə üzrə ən yüksək nəticə “İqtisadiyyat” ixtisası üzrə 628.8 bal olub. Hazırda fakültədə 2511 tələbə təhsil alır.
Fakültəyə təhkim edilən kafedralar: “İqtisadiyyat”, “İctimai idarəetmə və sosial innovasiyalar”, “Riyaziyyat və statistika”
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, i.f.d., dos.
dekan müavini, i.f.d.
Dekan müavini, i.e.n., dos.
"İqtisadiyyat və İdarəetmə" fakültəsinin katibi, siy.f.d., dos.
Dekan müavini, b/m.